“Akabe” Açıq Səhmdar Cəmiyyəti ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə cəmiyyətin ümumi yığıncağında qərar qəbul edilib.

Yığıncaqda hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul olunub.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər. Mülki Məcəllənin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

Qeyd edək ki, “Akabe” MMC inşaat məhsullarının istehsalı və satışı ilə məşğuldur. Daha çox “Akabe İnşaat” kimi tanınan bu şirkət Avropa və Asiya brendlərinin Azərbaycandakı rəsmi distribüteridir. Şirkətin nizamnamə kapitalı 4000 manatdır və qanuni təmsilçisi Quliyev Anar Eldəniz oğludur.