Yəqin ki, sizə də şəhərin müxtəlif hissəsində cürbəcür reklam bukletləri təklif olunub. Xüsusən də insanların sıx olduqları yerlərdə, iaşə obyektlərinin qarşısında reklam bukletləri yaxud ətir kağızları paylayırlar ki, bu da əksər hallarda insanların narazılığına səbəb olur. Çünki istəmədiyi halda onun mağazaya daxil edib nəsə alması üçün buklet təqdim edən şəxs belə desək, lap dəridən qabıqdan çıxır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, həmin reklam bukletlərini paylayan işçilər əsasən aldadılmış şəxslərdir və heç bir əmək müqaviləsi olmadan işlədilirlər.

 “ADMEDİA” reklam agentliyinin rəhbəri, reklam mütəxəssisi Sabit Məmmədov sözügedən fəaliyyətdən danışarkən bildirib ki, həmin bukletləri paylayan işçi ilə sifarişçi arasında müqavilə bağlanır. Bu sazişə görə, gün ərzində nə qədər çox satış olsa işçiyə də əlavə bonus təqdim olunacaq. Mütəxəssis onu da qeyd edib ki, bir günə təyin olunan reklam bukletləri həmin gün ərzində bitməlidir. Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün aşağıdakı videonu izləyə bilərsiniz!