Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi gələn həftə Ukraynaya, oradan isə Rusiyaya səfər etməyi planlaşdırır.

Bu barədə o, İtaliyanın Rainews 24 telekanalına müsahibəsində bildirib.

Səfər zamanı Qrossi Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

“Gələn həftə yenidən Ukraynada olacağam, Ukrayna prezidenti Zelenski, baş nazir Denis Şmıqal, xarici işlər naziri Dmitri Kuleba ilə görüşməyi gözləyirəm. Sonra Rusiyaya getməyə ümid edirəm", - deyə Qrossi qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin hələlik Qrossi ilə görüşmək planlarının olmadığını bildirib.