Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,02% azalaraq, 1 676,3 ABŞ dollarına bərabər olub.
Bu barədə İqtisadiyyat.az birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,72% azalaraq, 20,64 dollar təşkil edib.