“PAŞA Sığorta” MMC-nin Direktorlar Şurasına yeni üzv seçilib.

Bu barədə İqtisadiyyat.az sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, şirkətin səhmdarlarının qərarı ilə Asəf Hüseynov Direktorlar Şurasına yeni üzvü təyin edilib.

Qeyd edək ki, Asəf Hüseynov 2021-ci ilin mayından “PAŞA Holding”in baş risk inzibatçısıdır.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkətinin nizamnamə kapitalının həcmi 50 milyon manatdır. Şirkətin 100% səhmdarı “PAŞA Holding” MMC-dir.