Milli Məclisdə Azərbaycanda koronavirus infeksiyası ilə bağlı dinləmə keçiriləcək.

Bununla bağlı məsələ Səhiyyə komitəsinin oktyabrın 7-də keçiriləcək iclasının gündəliyinə salınıb.

İclasda koronavirus əleyhinə vaksinasiya və görülən digər tədbirlər barədə də müzakirələr aparılacaq.