“Yaşıl maliyyələşdirmə” üzrə Liderlər Sammiti oktybarın 11-də Vaşinqtonda keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) “X” sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda Palatanın USACC, ABŞ Ticarət Nazirliyi və Cons Hopkins Universitetinin “Bloomberg” Mərkəzi ilə “yaşıl maliyyələşdirmə” üzrə Liderlər Sammitinin iştirakçısı olmağa dair çağırış var.

Qeyd olunur ki, tədbir COP29 ərəfəsində təşkil olunacaq və mühüm ekspertlər və rəsmi şəxslərlə birlikdə dayanıqlı gələcək üçün maliyyə mexanizmlərinin araşdırılmasına həsr olunacaq.

Sammit Cons Hopkins Universitetinin “Bloomberg” Mərkəzində keçiriləcək.