Pakistanın şimal-qərbindəki Bannu rayonunda partlayış baş verib, bir hərbçi həlak olub.

Məlumata görə, hadisə rayonun cənubundakı Canı-Xel ərazisində qeydə alınıb, naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı ilə hücum təşkil ediblər.

Ordu hazırda terrorçuları məhv etmək üçün hadisənin baş verdiyi ərazini təmizləyir.