Ötən il istehsalat tullantılarının 28,5%-i müəssisələrdə xammal kimi istifadə edilmiş, 42,7%-i ölkə daxilində satılmış, 3,8%-i ixrac olunmuş, 13,8%-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 11,2%-i isə müəssisələrdə qalıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci ildə 337,1 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 8,5% olub. Tullantıların 63,1%-i mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 55 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.