2018-ci ildə Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2017-ci illə müqayisədə real ifadədə 8,9% artaraq 1 054,1mln. manat olub.

“Report” Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən il ərzində dövriyyənin 99,6%-i qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.

Bu sektorda iaşə dövriyyəsinin 43%-i hüquqi şəxs statuslu müəssisələrin, 57%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci illə müqayisədə 12,9% artaraq 453,7mln. manat təşkil edib.