Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Bu barədə İqtisadiyyat.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu il ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olacaq. Bu da əvvəlki proqnozla müqayisədə 7 min barel azdır. Proqnozun azadılmasına səbəb kimi may ayında əsas neft yataqlarında hasilatın gözləniləndən az olması göstərilib.

Agentlik gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 30 min azalaraq 0,7 mln. barel olacağını proqnoz edir.