Azərbaycana bu ilin yanvar-sentyabr ayları ərzində 333,3 milyon ABŞ dolları məbləğində qara metal idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,3 milyon dollar və ya 4,16 % çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycana 320 milyon dollarlıq qara metal idxal edilib.

 

Gözəl Həşimova