Azərbaycana bu ilin yanvar-noyabr aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 520,4 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80,6 milyon dollar azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,29%-ni təşkil edib.

Əlavə edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycan 601,1 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

 

Gözəl Həşimova