Azərbaycanda bu ilin yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 24,2 mlrd. manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 3,4% azalıb.

İqtisadiyyat.az Azərbaycan Statistika Komitəsinə istinadən xəbər verir ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 15,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 18,2 milyard kub metr təşkil edibdir.

Əmtəəlik neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7% azalıb, əmtəəlik qaz hasilatı isə 3,2% artıb.

 

Gözəl Həşimova