ABŞ-ın Nyu-York şəhərində türk icması Türkiyənin Stokholm səfirliyi qarşısında Quranın yandırılmasına etiraz etmək üçün toplaşıb. 

Beynəlxalq Demokratlar Birliyinin (UİD) ABŞ Regional Başçılığının təşkilatçılığı ilə bəzi ərəb və assuriyalı vətəndaşların, eləcə də türk icmasının üzvlərinin dəstəyi ilə İsveç Konsulluğu qarşısında Quranın yandırılmasına etiraz edilib. 

Nyu-York Türk Evinin qarşısına toplaşan müsəlmanlar qol-qola, bir küçə uzaqlıqdakı İsveç Baş Konsulluğuna gediblər, nümayəndəliyin qarşısında türk və ingilis dillərində mətbuata açıqlamalar oxunub.