İqtisadiyyat.az xəbər verir ki, keçən il neft-qaz ehtiyatlarının kəşfiyyatına 29,5 milyon manat sərf olunub. Dövlət Statistika Komitəsindən verilən məlumatda bilrilir ki,  ötən il ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 35,8 milyon manat və ya 2017-ci illə müqayisədə 10,9 faiz çox vəsait sərf olunub. Geoloji-kəşfiyyat işlərinə xərclənmiş vəsaitin 82,4 faizi və ya 29,5 milyon manatı neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib. 2017-ci illə müqayisədə keçən il regional geoloji-geofiziki işlərə 9,3 faiz, əlvan metalların kəşfiyyatına 7,7 faiz, radioaktiv metalların kəşfiyyatına 6,1 faiz, qara metalların kəşfiyyatına 5 faiz, hidrogeoloji işlərə 4,4 faiz, nəcib metalların kəşfiyyatına 4,3 faiz çox vəsait xərclənib.