2019-cu ildə reallaşdırılan islahatlar nəticəsində minimum əməkhaqqı iki dəfəyə yaxın artırılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu artımlar ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin qabaqcıl beynəlxalq normalara uyğunluğunun təmin edilməsi istiqamətində də son üç ildə ciddi irəliləyişlərə imkan verib. 

Belə ki, həmin nisbətin göstəricisi 2018-ci ildə 26,5 faiz olduğu halda 2019-cu ildə 33,3 % təşkil edib. 2020-ci ildə isə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisi 38 faizə yüksəlib. Beləliklə, 2018-2020-ci illərdə bu göstərici 11,5 % yüksəlib.