Mərkəzi Seçki Komissiyası (MSK) xidməti avtomobillər üçün yanacağı “Lukoil” şirkətindən alacaq.

Bu barədə İqtisadiyyat.az MSK-dan məlumat əldə edib.

Qeyd edilib ki, yanacaq alınması ilə bağlı "Lukoil-Azərbaycan"la razılıq əldə olunub.

Razılığa əsasən, Komissiya ilə şirkət arasında 18 400 manatlıq müavilə bağlanıb.

***

MSK həmçinin "Azpetrol" şirkətindən də 21 600 manatlıq yanacaq alacaq.