Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanın Çimkənt şəhərində Ahıska türkləri ilə görüşüb.
İqtisadiyyat.az xəbər verir ki, bunu nazir tviterdə yazıb.
O bildirib ki, Türkiyə daim Ahıska türklərinin yanında olacaq, haqlarını müdafiə edəcək.
“Türk dünyası birlikdə güclüdür”, - XİN başçısı vurğulayıb.
Qeyd edək ki, M.Çavuşoğlu Qazaxıstanda səfərdədir.