Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyası üçün İş planına “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi daxil ediləcək. 

İtisadiyyat.az xəbər verir ki, bunu apa-ya açıqlamasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib. 

Fazil Mustafa komitənin İş planı üzərində işin artıq yekunlaşmaq üzrə olduğunu nəzərə çatdırıb: “Bir sıra qanunvericilik aktları var ki, komitə rəy verdiyi üçün onlara dəyişikliklərin müzakirəsi də İş planına salınacaq. Eyni zamanda İş planında təşkilati məsələlər də yer alacaq”.