Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisinin bitəcəyi tarix məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, tikinti işləri 2025-ci ildə tamamlanacaq.

Qeyd edilir ki, AMB-nin yeni binasında layihə üzrə işlərin 52,6%-i icra edilib.

Hündürlüyü 163,8 metr, 37 mərtəbədən ibarət olacaq binanın həcmi 35,752 kvadratmetr olacaq. Layihənin dizaynı eyni zamanda Frankfurtdakı Avropa Mərkəzi Bankının dizayneri olan avstriyalı Koop Himmelblauya məxsusdur.  

Yeni məlumatlara əsasən, layihənin 2025-ci ilin fevral ayında təhvil veriləcəyi bildirilir. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı yeni binasına böyük həcmdə vəsaitin ayrılması ilə gündəmə gəlib. Son açıqlanan rəqəmlərə əsasən AMB-nin yeni binasının tikintisinə çəkilən xərc 637 milyon manata çatıb. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə 2021-ci ildə Türkiyənin “Tekfen İnşaat” şirkəti tərəfindən başlanılıb. “Tekfen İnşaat” şirkəti bundan əvvəl İqtisadiyyat Nazirliyi, Olimpiya Stadionu və SOCAR Tower kimi layihələri də icra edib.