Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi alışyönlü olub - 1,4 milyard ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadiyyat.az-a AMB-dən bildirilib.

Məlumata görə, nəticədə qurumun valyuta ehtiyatları 20,3 % artaraq 10,8 milyard ABŞ dollarını keçib.

"Tədiyə balansının cari əməliyyatlar hesabında iri profisitlə əlaqədar (9 ayda 6,7 milyard ABŞ dolları və yaxud ÜDM-in 12,5 %-i qədər) ilin əvvəlindən bəri AMB-də keçirilən valyuta hərraclarının 95 %-də təklif tələbi üstələyib", - deyə məlumatda qeyd olunub.