İnsanların əksəriyyəti fəqrlilik sorağındadır, Bu da təbiidir. İstehlak məhsullarından funksionallıqla bərabər, gözəllik və bitkinlik də gözləyir.

İnsanlar istəyirlər ki, aldıqları məhsulun qabı diqqəti şəksin, könülçan olsun, erqonometrik baxımından istifadə rahatlığı ilə seçilsin, rənglərin  üzvi vəhdəti sayəsində həmişə təzə və təravətli təsir bağışlasın!

İlbəil bazara çıxarılan yeni məhsul və markaların sayı astronomik sürətlə artır. İstehsal texnologiyaları dünyanın hər yerində, tədricən də olsa, səviyyəcə eyniləşirlər. Çünki istehsal xətlərinin vəavadanlıqlarının istehsalçılarının da səviyyəsi eyni standarta köklənir.

Belə olan halda istehsal olunan məhsulların da keyfiyyəti bir-birinə daha da yaxınlaşacaqdır və keyfiyyət standartlarına cavab verməyən məhsullar isə dərhal tətbiq olunan müvafiq sanksiyalar əsasında bazardan çıxarılacaq və ya keyfiyyıəti standarta uyğunlaşdırana qədər cərimələnəcəkdir.

Əslində indi də belə edilir, fərq isə ondan ibarətdir ki, texnoloji silahlanma səviyyəsinə görə istehsal vahidlərinin avadanlıqlaşdırılması hələ də fəqrli səfiyyədə qalmaqdadır.

Amma qablaşdırma industriyası daha sürətlə inkişaf etməkdədir. Bu da ilk növbədə ərzaq məhsullarının standartlaşdırılmasını və  təhlükəsizliyini yüksəltmək üçün edilir.

Tarixən süd və süd məhsulları insanların qida istehlakında önəmli yer tutmuşdur. Bizim tariximizdə süd o qədər də böyük həcmdə istehlak olunmur. Bu da insan orqanizminin immuniteti baxımında bir çox hallarda ciddi narahatlıq doğururdu.

Amma o da bəllidir ki, süd məhsulları minilliklər boyu bizim region xalqlarının qida rasionunda önəmli yer tutmuşdur. Hal-hazırda da yerli süd məhsulları istehsalının həyətyanı və şəxsi təsərrüfat çərçivəsindən çaıxaraq emal mərhələsinə qədəm qoyması, yerli süd məhsulları istehsalı ilə məşğul olan müəssisələrin sayının artması, yerli istehsalın idxal məhsulları ilərəqabət qabiliyyətinin yüksəlməsi doğma təbiətimizn nemətlərinə-süd məhsullarına inamı artırmaqdadır.

Bununla yanaşı, süd məhsullarının qablaşdırılmasında da ciddi təkamül baş verir, yerli istehsalçılar müasir trendlərdən kənarda qalmamaq üçün qablaşdırmanın kreativ  və funksional tərəflərini təkmilləşdirməyə can atırlar.

İlk təmas zamanı məhz qablaşdırma sayəsində məhsula rəğbət artır, süd məhsullarının saxlanılmasında onun rolu yüksək dəyərləndirilir və insanların bu məhsullara loyalığı yüksəlir,emosinal bağlantısı rasional alışqanlıqları üstələyə bilir.

İnsan seçdiyi süd məhsullarının fəqrli dəyərlərini, unikal satış təklifini qəbul edir. Bu zaman qərarın verilməsində məhsulun libası, qablaşdırmanın forması və dizayn həlli mühüm əhəmiyyət kəsb edir.

Ekspertlər süd məhsullarının berindinqində bir sıra şərtləri vacib hesab edirlər. Əvvəlan, aydınlıq faktoru - ilk andan məhsul barədə gözlənilən vizual mesaj kimi önəm daşıyır.

Süd məhsulunun qabını görən zaman, insan saniyənin üçdə biri ərzində qərar verir. Belə ki, ilk baxışda məhz bəyaz rəng və ona yaxın pastel tonlar məhsulun süd kateqoriyasından olduğunu bildirir. Burada cüzi yanlışlıq müştərinin diqqətini gigienik məmulatlarla və ya şirələrlə bənzətmə ilə süd məhsulundan yayındıra bilər.

İkincisi, məhsulun qablaşdırılmasına bitkinlik, bütövlük olmalıdır. Süd məhsulununbəyan etdiyi vədlər müştəri gözləntilərinə uyğun olmalıdır. Ağ və digər rənglərin kontrastına 70-in 30-a nisbətində əməl edilməlidir.

Üçüncüsü, autentlikliyin olmasıdır ki, bu da məhsulun təbiliyini elə səviyyədə vurğulamağı nəzərdə tutur ki, çığırqan rənglər olmasın, müştərinin dizayn barədə xoş təəssüratını korlamasın.

Dördüncüsü, mühüm əhəmiyyət kəsb edən ciddi element  kimi rəf effektidir. Süd məhsullarının rəfdə necə yerləşdirilməsi önəmlidir. Belə ki, daha  «alışdım-yandım»rənglər deyil, xüsusi kreativ elementlərin tətbiqi  sayəsində diqqəti cəlb edən rəng seçimi və kompozisiya həlli özünün müsbət rolunu oynayacaqdır.

Beşincisi, satış üçün mühüm səciyyə daşıyan çeviklikdir. Məhsul xətlərinin  hər birinin özünəməxsus fərqli dizaynı olarsa, izafi «səs-küy» yaradır ki,bundan da qaçmaq məsləhətdir. Daha doğrusu, format olaraq vahid şablon stilistikası yaradılsa, daha effektiv olardı. Sonra məhsul xətti üzrə hər bir konkret halda kiçik və çevik elementlərlə diqqət çəkən fərqliliyə nail olunması mümkündür.

Altıncısı, qablaşdırma zamanı faydalılıq və seçim rahatlığının təmin edilməsi unudulmamalıdır. Başqa sözlə, elə etmək lazımdır ki, yaşlı adamlar, gözləri zəif görənlər belə rəfdə məhsulun qablaşdırılmasını fəqrləndirə bilsinlər, ən vacib bilgiləri isə çətinlik çəkmədən əldə edə bilsinlər.

Yeddincisi, qablaşdırmada məhsuldan mətbəx və digər məkanlarda istifadə rahatlığı nəzərə alınmalıdır.  Təbiidir ki, soyuducuda yerləşdirilərkən tutum baxımından optimal ölçü və qabaritlərə sahib olmalıdır.

Ekspertlərin fikrincə, qarşıdan gələn dövrdə süd və süd məhsullarının qablaşdırılmasına bir sıra trendlərə fəqrlilik yaratmaq üçün start meydanı veriləcəkdir.

İlk növbədə, sadəlik, aydınlıq və cəsarətliliyin ön plana keçəcəyi gözlənilir. Amma məhsulların dizaynında qravitasiya məhz cürətli və yenilikçi kreativ hesabına təmin ediləcəkdir.

Elementlərin sayının minimuma endirilməsi, rənglərin kombinasiyasıda kontrastın yumşaqlığı diqqət mərkəzində olacaq və kreativ qrafik həllər qablaşdırmada qavrayışa müsbət təsir göstərəcəkdir.

Digər tərəfdən isə, əlyazma stilistikasından, yəni indi populyar olan letterinq şriftlərindən istifadəyə üstünlük veriləcəkdir və məhsulun təbiiliyi daha qabarıq olaraq vurğulanacaqdır.

Parlaq rənglərdən ləkə effektləri verməklə impulsivlik gücləndirələcəkdir. Bu trenddən gözləntilər müştərini xoş əhvali-ruhiyyədə anında alış qərar verməyə sövq edəcəyi düşünülür.

Süd məhsullarında məhsul xətti üçün seçilən konsepdə xələl gətirmədən bu istiqamətdə eksperimenləri tezlikə rəflərdə görəcəyimizə şübhəniz olmasın.

Qablaşdırma dizaynında elementlərin təkrarı da bir maraqlı istiqamət olaraq geniş tətbiq olunacaqdır. Əslində buna biz indinin özündə də rast gəlirik.  Amma trenddə təkrarlanan elementlərin sayı azalacaq, həcmi isə böyüyəcəkdir. Təbii ki, bu haldabəyaz rənglə digər rənglərin kontrasının qəbul olunmuş 70-in 30-a nisbəti prinsipi pozulmayacaqdır.

Qarşıdan gələn illərdə süd məhsullarının hekayələrinin vizual təcəssümünə geniş yer veriləcəyi gözlənilir. Bunun sayəsində markaya və qablaşdırmaya insanların emosional bağlantı güclənəcəkdir və daha ekspressiv olacaqdır.

Onu da qeyd etmək zəruridir ki, bəyaz və pastel tonların hegemonluğu süd və süd məhsullarının qablaşdırma dizaynanda yenə də qalacaqdır.

Ciddi dəyişikliklər isə qablaşdırma formalarında gözlənilir. Bunin sayəsində konkret süd və süd məhsullarının unikallığı təmin olunacaq, belə formalar məhz gözlənilməzliyi ilə müştərinin alış qırarı verməsində  bir qığılcım rolunu oynayacaqdır.

 

Teymur Məmmədov, Marketoloq,

Adver.az