İsrailin Baş naziri Benyamin Netanyahu parlament koalisiyasının rəhbərinə məhkəmə islahatlarının gedişatının dayandırıldığını elan etmək niyyətində olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra açıqlayıb.

Nazir bununla bağlı saat 11:00-da rəsmi açıqlama verməli olsa da, çıxış təxirə salınıb.