2019-cu ilin mart ayında Azərbaycanda inflyasiya 0,6% təşkil edib ki, bu da fevral ayının göstəricisinə uyğundur. Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

“2019-cu ilin mart ayında respublikada inflyasiya 0,6% təşkil edib. Bundan başqa, ərzaq mallarının qiyməti 1,3%, qeyri-ərzaq mallarının qiyməti 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb”, - deyə məlumatda bildirilir. Mart ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,1% (fevralın sonuna - 1,9%), o cümlədən ərzaq məhsulları üzrə orta illik inflyasiya 1,5%, qeyri-ərzaq malları üzrə 1,2%, xidmətlər üzrə 3,6% təşkil edib. Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır.

Qeyd edək ki, 2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.