“Rusiyada ikinci səfərbərlik dalğasının mümkünlüyü Kremldə müzakirə edilmir. Bu barədə danışıqlar yoxdur”.

Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, Oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə qismən səfərbərliyin başa çatması barədə hesabat verib. Şoyqunun sözlərinə görə, 300 min nəfər çağırılıb, qismən səfərbərlik çərçivəsində əlavə tapşırıqlar nəzərdə tutulmayıb.