Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 3.799 aktdan 2.044-ü ləğv edilib, 1.399-u dəyişdirilib, təmin olunmayan 40 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 316 təklif isə baxılmaqdadır.

İqtisadyyat.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”də bildirilib.

Qeyd olunub ki, vətəndaş məmnunluğu və insanlara layiqli xidmət ədliyyə fəaliyyətinin əsas prioritetlərindəndir. Bununla bağlı dövlət başçısının tələbləri rəhbər tutulmaqla bələdiyyələrlə iş sahəsində də vətəndaş-məmur münasibətləri sağlam zəmində qurulur, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılır. Bələdiyyə fəaliyyəti ilə bağlı baxılmış müraciətlərin 408-i təmin edilmişdir.

Xüsusilə şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının müraciətləri nəzarətdə saxlanılmış, belə müraciətlərdən 132-si təmin edilib.