32 yaşlı Bakı sakininin 67 min manat pulu oğurlanıb.

Oxu.Az-ın məlumatına görə, tanışı iş qurmaq adı ilə onu aldadıb.

Belə ki, ötən ilin oktyabr ayında 1987-ci il təvəllüdlü Əmrahov Emil Muxtar oğlu tanışı Ceyhun adlı şəxsə iş qurmaq üçün 67 min manat pul verib. Lakin Ceyhun adlı şəxs onu aldadaraq pulu mənimsəyib. 

E.Əmrahov məsələ bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi yazıb.

Faktla bağlı araşdırma aparılır.