İraq hökuməti İsrailin 1981-ci ildə Səddam Hüseynin dövründə İraqın nüvə stansiyalarına həyata keçirdiyi hava hücumlarının izini buraxmır. İqtisadiyyat.Az türkiyənin “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, İsrailin bu hücumu ilə əlaqədar təzminat ödəməsi haqqında İraq Milli Məclisinə qanun layihəsi çıxarılıb.

İraq millət vəkili Udey Avvad, İsrailin həyata keçirdiyi hücumların təzminatı üçün qanun layihəsini müzakirəyə çıxarıb. İsrailin hücumlarının İraq xalqına maddi və mənəvi zərər verdiyini deyən millət vəkili, hücumların xəstəlik yaymasına və milli sənayeyə də böyük zərər verdiyini söyləyib. Sözügedən hücumun ölkələrarası normalara zidd olduğunu deyən Udey Avvad, ölkəsinin təzminat istəməyə haqqı olduğunu dilə gətirib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 1981-ci ildə İraqın “Osiraq” nüvə stansiyasını məhv etmək üçün hücumlar həyata keçirmişdi.

Mehman Nəbiyev