İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində silahlı hücum nəticəsində 2 əsgər öldürülüb, 1 əsgər yaralanıb. 

İqtisadiyyat.az İran Tələbələr Xəbər Agentliyinə (İSNA) istinadən xəbər verir ki, Sistan-Bəlucistan polis rəisi Məhəmməd Kənbəri gecə saatlarında baş verən hadisə ilə bağlı məlumat yayıb. 

İran rəsmisi qeyd edib ki, hələlik şəxsiyyətləri müəyyən edilməyən cinayətkarların tutulması istiqamətində işlər aparılır.