ABŞ prezidenti Donald Tramp Tehran hökumətinin yaxınlarda nüvə sınağı həyata keçirdiyini qeyd edərək, İran iqtisadiyyatının çökdürüldüyünü söyləyib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu sosial şəbəkə hesabı vasitəsilə İranla bağlı açıqlamalar ında deyib.

Tramp “ Mövzu İran olduqda Kəşfiyyatçılar passivləşirlər. Mən prezident olanda, İran Yaxın Şərq və onun ətrafında problemlər yaradıb. İranla çox bərbad nüvə razılaşmasını bitirdikdən sonra onlar çox fərqli vəziyyətə düşüb. Lakin hələ də potensial qarşıdurma və təhlükə mənbəyidir. Onlar raket sınaqları və daha artığını (ötən həftə) edirlər. Onlar sərhədə getdikcə daha çox gəlirlər” deyib.

ABŞ-ın sanksiyalarının nəticəsi ilə İran iqtisadiyyatının zəiflədiyini dilə gətirən Tramp “Onların arxalandıqları tək şey iqtisadiyyatları idi ki, o da çöküb. İranla əlaqədar diqqətli olun. Yəqin ki, onlar kəşfiyyat məktəbinə geri qayıdacaqlar”.