“İpək Yolu Sığorta” ASC bu ilin I yarısını 1,3 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 1,143 milyon manat mənfəət çıxmışdı. 

6 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 12,589 milyon manat (illik müqayisədə 13,4% az), xərcləri 10,964 milyon manat (18,1% az), mənfəət vergisi ödəmələri isə 325 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib. 

Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 28,994 milyon manat olub ki, bu da illik müqayisədə 25,7% azdır. Son 1 ildə şirkətin öhdəlikləri 22,6% azalaraq 12,092 milyon manata, balans kapitalı isə 27,7% azalaraq 16,902 milyon manata düşüb. Fins.az