Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleeksi Reznikov ilə görüşüb.


İqtisadiyyat.az xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleeksi Reznikov ilə görüşündə daha çox insan tələfatının qarşısını almaq, bölgədə sülh və sabitliyi bərpa etmək üçün dərhal atəşkəsin vacibliyini vurğulayıb.

Nazir Akar, başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla iki ölkənin bölgədə sülhün təmin edilməsində və hər səviyyədə humanitar yardımda indiyə qədər etdikləri kimi üzərinə düşəni etməyə davam edəcəklərini bildirib.

Görüşdə o da bildirilib ki, Qara Dəniz Taxıl Təşəbbüsü sənədi çərçivəsində yaradılmış Birgə Əlaqələndirmə Mərkəzinin işləri ilə Ukrayna limanlarından təqribən 17 milyon ton taxıl ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə daşınıb və təmin edilən təşəbbüsün heç bir fasiləsiz davam etməsi böyük əhəmiyyət kəsb edir.