“Hörmətli KİV nümayəndələri,

Gədəbəy şəhər sakini Fəqani Hüseynovun adından rayon sakinləri Natella Hüseynova, Yeganə Ələsgərova, Məmmədəli Cəfərov və Fariz Qasımovun “İşsizin DOSTu” proqramına cəlb edildikləri, onlarla müvafiq əmək müqaviləsi imzalandığı, amma sonradan onların işdən azad edildikləri barədə bir neçə mətbuat orqanında məlumat yayılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin “DOST İş Mərkəzi”ndən verilən məlumata görə, adları çəkilən şəxslərdən Fariz Qasımov bu proqramda iştirakla bağlı müraciət etməyib.

Natella Hüseynova ilə müqavilə bağlanmamasının səbəbi onun ailəsindən artıq bir nəfərin - həyat yoldaşı Fəqani Hüseynovun müqavilə bağlanaraq işlə təmin edilməsidir.

Yeganə Ələsgərova ilə növbəlilik prinsipi əsasında müqavilə imzalanacaq.

Proqram çərçivəsində rayona ayrılan iş yerləri kvotası dolduğu üçün Məmmədəli Cəfərovun ictimai işlərə cəlb edilməsi kvota artırıldıqdan sonra mümkün olacaq”.