Fransanın iri şəhərlərində pensiya yaşının artırılmasına qarşı kütləvi tətillər və etirazlar başlayıb .  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Kommensant” qəzeti telegram kanalında məlumat yayıb.    

Nəşrin məlumatına görə, Fransada tətillər səbəbindən təhsil müəssisələrinin və nəqliyyatın işi pozulub, elektrik enerjisi istehsalı azalıb, neft emalı zavodlarında daşınmalar dayandırılıb.  

Qeyd edək ki, etirazşılar pensiya yaşını 62-dən 64-ə qaldırmağı planlaşdıran pensiya islahatına etiraz edirlər.