İranda keçirilən 14-cü prezident seçkilərində 43,5 faiz səslə Məsud Pezeşkiyan liderlik edir.

İqtisadiyyat.az xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Möhsin İslami səsvermə qutularının gecə yarısı açıldıqdan sonra 19 milyon 69 min 713 səsin hesablandığını açıqlayıb.

Bu siyahıda ikinci yerdə 37,7 faiz səslə Səid Cəlili gəlir.

Məlumata görə, Pezeşkiyan 8 milyon 302 min 577 səslə liderliyini qoruyur.

 

Gözəl Həşimova