Livan ərazisindən İsrailin şimalına tank əleyhinə raketlər buraxılıb və İsrailin döyüş təyyarələri Hizbullahın hərbi obyektlərinə zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında Livandan Qərbi Qaliley bölgəsinə bir neçə tank əleyhinə raket atılıb. Tələfat barədə məlumat verilməyib", - bəyanatda deyilir. 

"Bundan əlavə, İDF-nin hava hücumundan müdafiə sistemi Livandan gələn iki şübhəli hava hədəfini uğurla zərərsizləşdirilib", - mətbuat xidməti əlavə edib.

Ordu həmçinin bildirib ki, bir müddət əvvəl İDF əsgərləri Livanın cənubundakı Kfarkela bölgəsindəki Hizbullah hərbi obyektində fəaliyyət göstərən terrorçuları müəyyən edib və bundan sonra İsrail Hərbi Hava Qüvvələri bu obyektə və terrorçulara zərbələr endirib.