“Türkiyə Ordusunun texnikası bir çox ərazidə, o cümlədən Qarabağda özünü doğruldub”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Anadolu”ya müsahibəsində deyib. İbrahim Kalın qeyd edib ki, texnikaların inkişafı üçün işləri davam etdirirlər. 

İbrahim Kalının sözlərinə görə, bir müddət sonra F-35 qırıcıları onlar üçün prioritet olmayacaq, çünki həmin silahlara bərabər texnikaları istehsal edəcəklər.