“Atıcılıq təliminə göstərilən maraqdan sonra qadınların könüllü olaraq hərbi xidmətə götürülməsi nəzərdə tutulur.”

Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib.

Hazırda qanun layihəsinin hazırlıq mərhələsindəyik. Mövzu ilə bağlı müzakirələr yekunlaşdıqdan sonra layihəni təqdim edəcəyik. İndi bircə onu deyə bilərəm ki, qadınlar hərbi xidməti könüllülük əsasında cəlb olunacaq".

O, silahlı qüvvələrin döyüşə hazırlıq səviyyəsinin artırılmasına töhfə vermək istəyən və imkanı olan qadınların potensialından istifadə etmək istədiklərini bəyan edib.

Qanuna görə, Ermənistanda 18-27 yaş arası kişilər 24 ay müddətinə hərbi xidmətdədir, səfərbərlik elan olunarsa, 27-50 yaş arası kişilər hərbi xidmətə çağırıla bilər.