Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub. 

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Məlumata görə,Cəlal Rayi Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib. 

Bildilir ki, Cəlal Rayi 2005 – 2009 – cu illərdə Hindistanın Bangalore Universitetinin biznesin idarə olunması ixtisasını bakalavar dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2015 – 2017 – ci illərdə isə ADA Universitetində və Hollandiyanın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib. Əlavə olaraq, C.Rayi 2018 – ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub. 

Cəlal Rayi 2012 – ci ildən bu günədək həm özəl həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışmışdır. C.Rayi son təyinata qədər isə “XalqBank” ASC-nin Risklərin idarə edilməsi departamentində mütəxəssis kimi fəaliyyət göstərib. fins