Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, hərracda tələb 73.5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, 30 aprel 2024-cü il tarixində Mərkəzi Bankda keçirilmiş hərracda tələb 77,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.