İqtisadiyyat.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Əli Əhmədov martın 6-da Bakıda keçirilən “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib.

Əli Əhmədov bildirib ki, keçən il qeyri-neft sektorunda 2 faizdən çox, kənd təsərrüfatında isə 3 faizdən artıq iqtisadi artım Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aparılan islahatların nəticəsi kimi qiymətləndirilir.

Baş nazirin müavini qeyd edib ki, bir neçə ilə Azərbaycanın əmək bazarına 120 minədək işçi qüvvəsi daxil olacaq. Bu isə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kiçik və orta sahibkarlığın inkişafı nəticəsində baş verəcək.