2023-cü ildə ictimai iaşə dövriyyəsi 2022-ci illə müqayisədə real ifadədə 15,2% artaraq 2041,5 milyon manat təşkil edib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,6%-i hüquqi şəxslərin, 49,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci illə müqayisədə 15,6% artaraq 1024,1 milyon manat olunub.