Bu ilin yanvar-iyul aylarında Azərbaycan 19,6 milyon dollar dəyərində 63,6 min ton qarğıdalı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 4,5% çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,18 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni aylarında Azərbaycan 18,7 milyon dollar dəyərində qarğıdalı idxal edib.

 

Gözəl Həşimova