Bu ilin yanvar-iyul aylarında Rusiyadan buğda və buğda-çovdar ununun ixracı illik müqayisədə 38% artaraq 740 min tonu ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Aqroeksport” federal mərkəzinin hesabatında deyilir.

Məlumata görə, 2023-cü ildə olduğu kimi bu il də Rusiya ununun ən böyük alıcısı Əfqanıstandır. Bu dövrdə Əfqanıstana un ixracı 5 dəfədən çox artaraq 270 min tona çatıb.

Çin 2024-cü ildə Rusiya ununun alıcıları arasında ikinci yerdədir. Bu ilin birinci yarısında Rusiya 60%-dən çox payla Çinin əsas un tədarükçüləri arasında lider olub.  Bu dövrdə Çinə ixracın həcmi 1,7 dəfə artaraq 80 min tona yaxınlaşıb.

 

Gözəl Həşimova