Rusiya fermerləri 2024-cü ildə indiyə qədər 78 milyon tondan çox taxıl, o cümlədən təxminən 63 milyon ton buğda yığıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. 

"78 milyon tondan çox taxıl, o cümlədən, demək olar ki, 63 milyon ton buğda yığılıb", - nazirliyin "Telegram" kanalında deyilir.

Kənd Təsərrüfatı Nazirliyi onu da bildirir ki, 2024-cü ildə taxıl yığımı proqnozu 132 milyon ton səviyyəsində qalır.

2023-cü ildə Rusiya tarixində ikinci ən böyük taxıl məhsulu əldə edilib - təxminən 143 milyon ton.