"Rusiya iqtisadiyyatı artıq dünyada dördüncü böyük iqtisadiyyatdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.

“Rusiya Avropada aparıcı iqtisadiyyatı – Almaniyanı geridə qoyub. Bu gün biz yaxşı bilirik ki, Çin iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti baxımından dünyada birincidir. Hindistan isə alıcılıq qabiliyyəti paritetinə görə artıq dünyada üçüncü yerdədir. Eyni zamanda, Çinin ABŞ üzərindəki liderliyi artır”, -  deyə Putin qeyd edib.

 

Gözəl Həşimova