Qazaxıstan hökuməti bu ilin sonuna qədər alma idxalına müvəqqəti qadağa qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna əsasən, Qazaxıstanda bu il ümumi alma məhsulu 300 min ton proqnozlaşdırılır. Bildirilir ki, belə meyvə istehsalına əvvəlki illərdə bağçılıq sahəsinə göstərilən dövlət dəstəyi tədbirləri nəticəsində nail olunub.

Bildirilib ki, bu il alma bağlarının tam məhsuldarlığa çatması gözlənilir ki, bu da daxili bazarın tələbatını ödəyəcək.

 

Gözəl Həşimova