Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun bu ilin birinci yarısında xalis mənfəəti 61,96 milyard dollar təşkil edib. Şirkət ötən ilin eyni dövründə 87,91 milyard dollar qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Hesabat dövründə dünyanın ən böyük neft şirkətinin qazancı illik müqayisədə 30% azalıb. Buna səbəb isə dünya bazarlarında neft qiymətlərinin ucuzlaşması olub.

 

Gözəl Həşimova