NATO ölkələri Estoniyada dünyanın ən böyük kiber təlimlərini keçirəcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq məlumat verib.
Təlim bu ilin noyabr ayında Estoniyada 40-dan çox NATO ölkəsi və alyans tərəfdaşlarının iştirakı ilə baş tutacaq.
"Kiber Koalisiya" adlı kiber təlimləri NATO-nun kiberməkanda təhdidlərə qarşı mübarizədə əməkdaşlıq məsələlərini inkişaf etdirməyə yönəlmiş illik təlimləridir. 2008-ci ildən Estoniyada keçirilir.